Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.6-cı abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 301 (Cild I); 2025, № 10, maddə 974) ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 19 ” “ mart ” 2026-cı il

№ 84

19-03-2026 17-03-26