“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 387) aşağıdakı dəyişikliklər edilsin: 1. Həmin Qərarla təsdiq edilmiş “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın 6.5-ci bəndində “3.1–3.3-cü, 3.5–3.7-ci” sözləri “3.1-ci, 3.2-ci, 3.5-ci və 3.6-cı” sözləri ilə əvəz edilsin. 2. Həmin Qərarla təsdiq edilmiş “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları” üzrə: 2.1. 2-ci hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
1. Mütəxəssis olduğu sahədə təcrübəsi 0 – 55
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu 0 – 20
3. Maliyyə təminatı 0 – 15
4. Daxili əmək bazarına müsbət təsiri 0 – 10
2.2. 3-cü hissə üzrə: 2.2.1. 3.1-ci bəndə “uyğunluğu,” sözündən sonra “təhsili (təhsil səviyyəsi və pilləsi, təhsil aldığı təhsil müəssisəsinin reytinqi),” sözləri əlavə edilsin; 2.2.2. 3.3-cü, 3.4-cü, 3.7-ci və 3.8-ci bəndlər ləğv edilsin; 2.3. 4-cü hissə ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 6 ” “ aprel ” 2026-cı il
№ 95