Azərbaycan Respublikasının 2026-cı il 7 aprel tarixli Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2026-cı il

07-04-2026 16-04-28