Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 aprel tarixli Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10 illiyi münasibətilə qərara alıram:

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2026-cı il

10-04-2026 15-04-23