Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
Dubay Beynəlxalq Hava Limanında Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşıladılar.