Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211 (Cild I); 2024, № 5 (II kitab), maddə 606, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 2.1-ci bəndinin ikinci abzasında və 2.2-ci bəndinin üçüncü abzasında hər iki halda ismin müvafiq hallarında “icra məmuru” sözləri ismin müvafiq hallarında “dövlət icra məmuru” sözləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 573 (Cild I); 2025, № 8, maddə 800; № 12 (II kitab), maddə 1231) ilə təsdiq edilmiş “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin: 2.1. 4-cü hissədə və 5-ci hissənin ikinci cümləsində “icra xidmətinin” sözləri “müvafiq olaraq icra xidmətinin və ya xüsusi icra məmurunun” sözləri ilə əvəz edilsin; 

2.2. 16-cı hissəyə “yalnız icra qurumu rəhbərinin” sözlərindən sonra “(dövlət icra məmuruna münasibətdə)” sözləri əlavə edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 50 (Cild I) ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 1.3-1-ci bəndində “icra məmuru” sözləri “dövlət icra məmuru” sözləri ilə əvəz edilsin. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 862 (Cild I) ilə təsdiq edilmiş “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nın 15-ci hissəsində “ icra məmuru” sözləri “dövlət icra məmuru” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1617 (Cild I); 2024, № 5 (II kitab), maddə 606, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2.1-ci bəndin birinci və ikinci cümlələrində “icra məmuruna” sözləri “dövlət icra məmuruna” sözləri ilə əvəz edilsin; 5.2. 2.2-ci bəndin birinci cümləsində “İcra məmuru” sözləri “Dövlət icra məmuru (bundan sonra - icra məmuru)” sözləri ilə əvəz edilsin.

                                                                                                                            Əli Əsədov

                                                                                                                   Azərbaycan Respublikasının Baş naziri

                                                                                                                         Bakı şəhəri, “ 7 ” “ may ” 2026-cı il

                                                                                                                              № 135

07-05-2026 16-05-49