“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 406 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175 (Cild I); 2024; № 2, maddə 241) aşağıdakı dəyişikliklər edilsin: 1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin: “4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”. 2. Həmin Qərarla təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə” üzrə: 2.1. 2.1.1-ci yarımbənddə “və yerli özünüidarəetmə orqanları” sözləri “orqanları (qurumları) və bələdiyyələr” sözləri ilə əvəz edilsin; 2.2. aşağıdakı məzmunda 6.1.1-1-ci və 6.1.11-1-ci yarımbəndlər əlavə edilsin: “6.1.1-1. informasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr üçün informasiya sistemində yaradılmış elektron kabinetlərdə həmin dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən yerləşdirilmiş icra sənədlərinin qəbul edilməsi;”;
“6.1.11-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda icra hərəkətlərinə dair bildirişin borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərilməsi;”; 2.3. 6.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz və aşağıdakı məzmunda 6.1.16-cı yarımbənd əlavə edilsin: “6.1.16. icra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarının ötürülməsi, habelə bu qərarın bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən qəbulu və icrasının nəticəsi barədə məlumatın ötürülməsi.”; 2.4. 11-ci hissə üzrə: 2.4.1. 11.1-ci bəndə “Banklar haqqında” sözlərindən sonra “, Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” sözləri əlavə edilsin; 2.4.2. 11.3-cü bənd üzrə: 2.4.2.1. 11.3.4-cü və 11.3.5-ci yarımbəndlərdə “borclu şəxslərin” sözləri “borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin; 2.4.2.2. 11.3.9-cu yarımbənddə “hüquqi şəxsin” sözləri “borclu hüquqi şəxsin icra orqanının” sözləri ilə əvəz edilsin; 2.4.2.3. 11.3.11-ci yarımbəndə “təşkilatlarında” sözündən sonra “, elektron pul təşkilatlarında” sözləri əlavə edilsin və həmin yarımbənddə “və hesabının” sözləri “, hesabının və vəsaitinin” sözləri ilə əvəz edilsin; 2.4.2.4. 11.3.30-cu yarımbənddə “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin yarımbəndə “əmrləri” sözündən sonra “və borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadları” sözləri əlavə edilsin; 2.5. aşağıdakı məzmunda 13.3-1-ci bənd əlavə edilsin: “13.3-1. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 8 ” “ may ” 2026-cı il
№ 137