“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); 2024, № 1, maddə 126, № 2, maddə 245, № 7, maddə 914; 2025, № 3, maddə 265, № 5, maddə 512, № 12 (II kitab), maddə 1260; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 aprel tarixli 118 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin: 1.1. “2404 12 000 1”, “2404 19 000 1” alt yarımmövqelərinə aid sətirlər ləğv edilsin; 1.2. “2404 12 000 2” və “2404 19 000 2” alt yarımmövqelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1732 (Cild I); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın 8-ci hissəsindən “elektron siqaretlər,” sözləri çıxarılsın və həmin hissəyə “alışqanlar” sözündən sonra “, habelə nikotin tərkibi olmayan elektron siqaretlər” sözləri əlavə edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324; 2025, № 2, maddə 187, № 3, maddələr 266, 268, № 5, maddə 512, № 9, maddələr 845, 868, № 10, maddə 971, № 12 (II kitab), maddə 1261; 2026, № 1, maddə 80, № 2, maddə 178; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 aprel tarixli 119 nömrəli və 1 may tarixli 127 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin: 3.1. “2404 12 000 1” və “2404 19 000 1” alt yarımmövqelərinə aid sətirlər ləğv edilsin; 3.2. “2404 12 000 2” və “2404 19 000 2” alt yarımmövqelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 aprel tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 784 (Cild I) ilə təsdiq edilmiş “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”in 2.1-ci və 3.1-ci bəndlərindən “və elektron siqaretlər də” sözləri çıxarılsın. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyun tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1362 (Cild I); 2024, № 1, maddə 80) ilə təsdiq edilmiş “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”nın 1.3.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin: 5.1. birinci cümləyə “tütünü” sözündən sonra “, nikotin tərkibli elektron siqaretlər” sözləri əlavə edilsin; 5.2. ikinci cümlədən “və elektron siqaretlər də” sözləri çıxarılsın. 6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 3 mart tarixli 62 nömrəli, 6 aprel tarixli 96 nömrəli və 29 aprel tarixli 123 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.1.4.5.1.6-cı yarımbəndi ləğv edilsin. 7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 311 (Cild I); 2024, № 3, maddə 302, № 7, maddə 930; 2025, № 10, maddə 993) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 7.1. 2.1.6-cı yarımbənd ləğv edilsin; 7.2. 2.1.9-cu yarımbənddən “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın; 7.3. 3.1.2-ci, 7.4.2-ci yarımbəndlərdə və 6.7-2-ci, 7.5-ci bəndlərdə “2.1.5–2.1.9-cu” sözləri “2.1.5-ci, 2.1.7–2.1.9-cu” sözləri ilə əvəz edilsin; 7.4. 7.8-ci bənddə “2.1.6–2.1.9-cu” sözləri “2.1.7–2.1.9-cu” sözləri ilə əvəz edilsin; 7.5. həmin Qaydalara əlavə - “Aksiz markalarına və məcburi nişanlamaya dair ümumi tələblər” üzrə: 7.5.1. 6-cı hissədən, 6.2-ci bənddən və 6.2.1-ci yarımbənddən “birdəfəlik istifadə üçün elektron siqaret,” və “və elektron siqaretlər üçün mayeyə” sözləri çıxarılsın; 7.5.2. 7-ci hissənin birinci və ikinci abzaslarından “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri və həmin hissənin ikinci abzasından “və elektron siqaretlər üçün mayenin” sözləri çıxarılsın; 7.6. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Siyahısı” üzrə: 7.6.1. 2.2-ci bənd ləğv edilsin; 7.6.2. 2.5-ci bənddən “birdəfəlik istifadə üçün elektron siqaret,” sözləri çıxarılsın. 8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 3, maddə 272 (Cild I) ilə təsdiq edilmiş “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın “27. Tütün məhsulları və analoji məhsullar” hissəsinin 27.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
27.4. Fərdi elektrik buxarlandırıcı qurğular 8543 40 000 0-dan
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 12 ” “ may ” 2026-cı il
№ 141