B.A.Babayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                  

Azərbaycan Respublikasının elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baxış Abutalıb oğlu Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2026-cı il

14-05-2026 16-05-00