2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI

AZƏRBAYCAN RESPUBLİKASI SAHİBKARLAR (İŞƏGÖTÜRƏNLƏR) TƏŞKİLATLARI MİLLİ KONFEDERASİYASI

                                                                               QƏRAR

                                                                         N№ 14 2 may Bakı şəhəri, " 12 2026-cı il

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün

Baş Kollektiv Sazişin bağlanılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası qərara alırlar:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Əli Əsədov

Sahib Məmmədov

Məmməd Musayev

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-cı il" 12" may 142 nömrəli Qərarla bağlanılmışdır. tarixli

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün

BAŞ KOLLEKTİV SAZİŞ

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2026-2028-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.

 

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar, sosialyönlü və dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi

siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir. Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) sazişlərinin işlənilməsi

və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

1. İqtisadi siyasət sahəsində tərəfdaşlıq

1.1. Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsal proseslərinin modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyalarının stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və əhalinin rifahının artırılması əsasında təmin edilməsinə istiqamətləndirilməlidir.

1.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər: 

1.2.1. işğaldan azad edilmiş ərazilərdə bərpa, dayanıqlı məşğulluq, əmək hüquqlarının qorunması, təhlükəsiz əmək şəraiti və sosial-iqtisadi reinteqrasiyanı dəstəkləmək, sənaye, aqrar, xidmət və digər sahələrdə yeni iş yerlərinin yaradılmasını təşviq etmək;

 

1.2.2. milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə qəbul edilmiş strategiyalar, dövlət proqramları və strateji yol xəritələrində nəzərdə tutulmuş qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafını davam etdirmək;

 

1.2.3. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək göstərmək;

 

1.2.4. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək;

 

1.2.5. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq;

 

1.2.6. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək;

 

1.2.7. sosial-iqtisadi inkişafın və dövlət büdcəsinin ortamüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq;

 

1.2.8. milli inkişaf prioritetlərinin "Dünyamızın transformasiyası: 2030-cu ilədək

 

Dayanıqlı İnkişaf sahəsində Gündəlikdən irəli gələn məqsəd, hədəf və göstəricilərinə uyğunlaşdırılması prosesinin həyata keçirilməsini sürətləndirmək, bu prosesdə regionların iştirakını gücləndirmək və uğurlu nümunələr yaratmaq üçün model regionlar formalaşdırmaq;

 

1.2.9. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək məqsədilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini və dövlət satınalmalarında onların iştirakını təşviq edən qanunvericilik və tənzimləmə çərçivəsini daha da təkmilləşdirmək;

 

1.2.10. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək, bu sahədə hesabatlılığın təkmilləşdirilməsi üçün "Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının icrası barədə hökumət tərəfindən illik hesabatların Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya (bundan sonra

Üçtərəfli Komissiya) təqdim edilməsini təmin etmək; 1.2.11. "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik dən irəli gələn öhdəliklərin "heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq ictimai maarifləndirmənin aparılması, maraqlı tərəflərin, o cümlədən sosial tərəfdaşların, vətəndaşların, vətəndaş cəmiyyətinin, biznes sektorunun və medianın geniş formada cəlb edilməsini davam etdirmək;

1.2.12. iqtisadiyyatın bütün sahələrinin rəqəmsallaşdırılması ilə bağlı tədbirləri davam etdirmək;

1.2.13. qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində tədbirləri həyata keçirmək, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid zamanı Beynəlxalq Əmək Təşkilatının tövsiyələrini, habelə dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənmək;

1.2.14. korrupsiya əleyhinə fəa əndirmək;

1.2.15. əhalinin, o cümlədən məşğul olmaları üçün səyləri artırmaq keçirmək;

Ətraflı: https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinin-nazirler-kabineti-azerb-9503

15-05-2026 10-05-17