“Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
“Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli 836 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə: 1. “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 14 ” “ may ” 2026-cı il
№ 319s