Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1103 (Cild I); 2024, № 7, maddə 910) aşağıdakı dəyişikliklər edilsin: 1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sökülməsi qadağan edilən obyektlərin Siyahısı”nın 124-cü, 128-ci və 129-cu bəndləri ləğv edilsin. 2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Sökülməsi mümkün olan obyektlərin Siyahısı”na aşağıdakı məzmunda 23280-ci, 23281-ci və 23282-ci bəndlər əlavə edilsin:

23280. 1008235 Qeyri-yaşayış binası Şuşa şəhəri, Aslan Qaraşarov küçəs

23281. 1008236 Qeyri-yaşayış binası Şuşa şəhəri, Aslan Qaraşarov küçəsi

23282. 1008584 Qeyri-yaşayış binası Şuşa şəhəri, Aslan Qaraşarov küçəs

15-05-2026 10-05-35