Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.
Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.