Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb

​Mayın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.  
​Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.  
​Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.

26-05-2026 20-05-58