A.H.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Asəf Hacı oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2026-cı il

02-06-2026 09-06-42