Mikro, kiçik və orta sahibkarlığa göstərilən dövlət dəstəyinin qiymətləndirilməsi Qaydaları təsdiq edilib

Nazirlər Kabinetinin 196 №-li Qərarına dair izah

 

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2026-cı il tarixli 196 nömrəli Qərarı ilə qiymətləndirilməni həyata keçirən qurum olaraq İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Qərarın qəbul edilməsi ilə dövlət orqanları (qurumları) tərəfindən sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara göstərilən dövlət dəstəyi mexanizmləri həyata keçiriləcək, həmçinin dəstək göstərən  qurumlar tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi təmin ediləcəkdir. 

           Yeni dəstək mexanizmlərinin tətbiqindən öncə onu təklif edən dövlət orqanı (qurumu) tərəfindən dəstək mexanizmlərinin ilkin (proqnoz) qiymətləndirilməsi və hal-hazırda sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstək mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçiriləcək.

25-06-2026 17-06-53