Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111; Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 396-VIIQD nömrəli və 26 may tarixli 413-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 184.1.1 – 184.1.3-cü maddələrdə “190.1.1 – 190.1.3-cü” sözləri “190.1.1-ci və 190.1.2-ci” sözləri ilə əvəz edilsin;

1.2. 185.2-ci maddənin birinci abzasında “190.1.1−190.1.6-cı” sözləri “190.1.1-ci, 190.1.2-ci, 190.1.4 – 190.1.6-cı” sözləri ilə əvəz edilsin;

1.3. 186.1 – 186.3-cü və 186-1.4-cü maddələrdə “190.1.1 – 190.1.3-cü” sözləri “190.1.1-ci və 190.1.2-ci” sözləri ilə əvəz edilsin;

1.4. 188.1.1.4-cü maddədə “onların” sözü “onun” sözü ilə əvəz edilsin;

1.5. 190-cı maddə üzrə:

1.5.1. 190.1.2-ci maddədə, 190.3-cü maddənin birinci abzasında (ikinci halda) və 190.3.16-cı maddədə “onların” sözü “onun” sözü ilə əvəz edilsin;

1.5.2. 190.3-1-ci maddədə “190.3.12-ci” sözləri “190.3.13” rəqəmləri ilə əvəz edilsin;

1.6. 191.3-1-ci və 193.1-ci maddələrdə “190.1.1 – 190.1.3-cü” sözləri “190.1.1-ci və 190.1.2-ci” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 55 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 8, maddə 933; 2026, № 2, maddə 109) aşağıdakı məzmunda 22-ci maddə əlavə edilsin:

“22. Elektron siqaretlər və onların komponentləri.”.

Maddə 3. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 579 (Cild I); 2024, № 3, maddə 249, № 7, maddə 746) 1.1.1-ci maddəsinin ikinci cümləsinə “tütün məhsulları” sözlərindən sonra “, elektron siqaret” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2026-cı il

03-08-2026 16-08-40