Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 60-1.2-ci və
60-1.4.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 60-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 60-1.4.3-cü maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Dənizçilik” informasiya sistemi nəzərdə tutulur;

1.4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-3-cü maddəsinin II hissəsində (hər iki halda), 46-4-cü maddəsinin I hissəsində və 46-5-ci maddəsinin I hissəsinin 5-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 46-3-cü maddəsinin II hissəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 46-3-cü maddəsinin II hissəsində ikinci halda və 46-5-ci maddəsinin I hissəsinin 7-ci bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 46-4-cü maddəsinin I hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Qanunun 46-5-ci maddəsinin I hissəsinin 5-ci bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.9. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 15-ci maddəsinin 4-cü hissəsinin 4.3-cü və 4.5-ci bəndlərində, 15-1-ci maddəsinin 1-ci hissəsində, 2-ci və 4-cü hissələrinin birinci cümlələrində, 6 – 8-ci hissələrində,
9 – 11-ci hissələrinin birinci cümlələrində, 13-cü hissəsinin ikinci və üçüncü cümlələrində, 16-cı hissəsinin birinci cümləsində, 25-1-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.10. həmin Qanunun 8-1-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.11. həmin Qanunun 8-1-ci maddəsinin 3-cü hissəsində birinci halda “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, daimi coğrafi zonalara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, müvəqqəti coğrafi zonalara münasibətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.12. həmin Qanunun 8-1-ci maddəsinin 3-cü hissəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.13. həmin Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin 4.3-cü bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Hökumət İnformasiya Sistemi, “Dənizçilik” informasiya sistemi, “AYNA” informasiya sistemi və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi, avtonom avtomobil nəqliyyat vasitələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

1.14. həmin Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin 4.5-ci bəndində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yol-nəqliyyat hadisələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.15. həmin Qanunun 15-1-ci maddəsinin 1-ci hissəsində, 2-ci və 4-cü hissələrinin birinci cümlələrində, 6 – 8-ci hissələrində, 9 – 11-ci hissələrinin birinci cümlələrində, 13-cü hissəsinin ikinci və üçüncü cümlələrində, 16-cı hissəsinin birinci cümləsində, 25-1-ci maddəsinin 1-ci və 2-ci hissələrində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, avtonom tramvay, avtonom metro və avtonom dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.16. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 63-1.1-ci maddəsinin ikinci cümləsində, 63-1.2-ci maddəsində (hər iki halda), 63-1.5.4-cü, 63-1.5.5-ci, 63-2.1-ci və 63-2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.17. həmin Qanunun 63-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.18. həmin Qanunun 63-1.1-ci maddəsinin ikinci cümləsində, 63-1.5.5-ci,
63-2.1-ci və 63-2.2-ci maddələrində “orqan (qurum)” dedikdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.19. həmin Qanunun 63-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə daimi coğrafi zonalara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, müvəqqəti coğrafi zonalara münasibətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.20. həmin Qanunun 63-1.5.4-cü maddəsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi nəzərdə tutulur;

1.21. “Dənizçilik” informasiya sisteminin sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi həyata keçirir;

1.22. “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sisteminin sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

2. Aşağıdakı informasiya sistemləri yaradılsın:

2.1. dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Respublikasının ərazi sularında olan gəmilər barədə məlumatların toplanması, gəmilərin naviqasiya məlumatları ilə təmin edilməsi, dəniz limanlarına və dəniz əməliyyatları bazalarına gəmilərin girişinə və çıxışına icazə verilməsi, habelə bununla bağlı sənədlərin elektron tərtibi və qeydiyyatı, dəniz limanlarının, dəniz əməliyyatları bazalarının, gəmilərin (inşa edilməkdə olan gəmilər daxil olmaqla), bunker yanacağı təchizatçılarının reyestrinin aparılması məqsədilə “Dənizçilik” informasiya sistemi;

2.2. pilotsuz uçuş aparatlarının dövriyyəsinə xüsusi icazənin verilməsi və qeydiyyatının aparılması, eləcə də pilot (operator) şəhadətnaməsi, əməliyyat icazəsinin, istismarçı sertifikatının və model PUA klublarına və assosiasiyalarına icazələrin verilməsi məqsədilə “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. doqquz ay müddətində:

3.1.1. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin əsasnamələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

4.2. “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə sistemlərin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

4.3. “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemində formalaşdırılan məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq informasiya sisteminə ötürülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947, № 10, maddə 1138; 2025, № 6, maddə 542, № 11, maddələr 1018, 1036; № 12 (I kitab), maddə 1150; 2026, № 1, maddə 24, № 4, maddə 306) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bəndə ikinci halda “bəndlərində,” sözündən sonra “46-3-cü maddəsinin II hissəsində (hər iki halda), 46-4-cü maddəsinin I hissəsində, 46-5-ci maddəsinin I hissəsinin 5-ci və 7-ci bəndlərində,” sözləri əlavə edilsin;

6.2. 2.31-ci bəndə “bəndində” sözündən sonra “və 46-5-ci maddəsinin I hissəsinin 5-ci bəndində” sözləri əlavə edilsin;

6.3. aşağıdakı məzmunda 2.31-2-ci bənd əlavə edilsin:

“2.31-2. həmin Qanunun 46-4-cü maddəsinin I hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;

6.4. 2.36-cı bəndə “Qanunun” sözündən sonra “46-3-cü maddəsinin II hissəsində (ikinci halda), 46-5-ci maddəsinin I hissəsinin 7-ci bəndində,” sözləri əlavə edilsin;

6.5. 2.36-2-ci bəndə “bəndində,” sözündən sonra “46-3-cü maddəsinin II hissəsində (birinci halda),” sözləri əlavə edilsin.

7. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 165 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 427 (Cild I); 2025, № 4 (I kitab), maddə 344) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1-ci bəndə “halda” sözündən sonra “, 8-1-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 15-ci maddəsinin 4-cü hissəsinin 4.3-cü və 4.5-ci bəndlərində, 15-1-ci maddəsinin 1-ci hissəsində, 2-ci və 4-cü hissələrinin birinci cümlələrində, 6 – 8-ci hissələrində, 9 – 11-ci hissələrinin birinci cümlələrində, 13-cü hissəsinin ikinci və üçüncü cümlələrində, 16-cı hissəsinin birinci cümləsində, 25-1-ci maddəsinin 1-ci və 2-ci hissələrində” sözləri əlavə edilsin;

7.2. 2.2-ci bəndə “halda” sözündən sonra “və 8-1-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində” sözləri əlavə edilsin;

7.3. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.5 – 2.9-cu bəndlər əlavə edilsin:

“2.5. həmin Qanunun 8-1-ci maddəsinin 3-cü hissəsində birinci halda “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, daimi coğrafi zonalara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, müvəqqəti coğrafi zonalara münasibətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 8-1-ci maddəsinin 3-cü hissəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin 4.3-cü bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Hökumət İnformasiya Sistemi, “Dənizçilik” informasiya sistemi, “AYNA” informasiya sistemi və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi, avtonom avtomobil nəqliyyat vasitələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

2.8. həmin Qanunun 15-ci maddəsinin 4-cü hissəsinin 4.5-ci bəndində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yol-nəqliyyat hadisələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 15-1-ci maddəsinin 1-ci hissəsində, 2-ci və 4-cü hissələrinin birinci cümlələrində, 6-cı – 8-ci hissələrində, 9 – 11-ci hissələrinin birinci cümlələrində, 13-cü hissəsinin ikinci və üçüncü cümlələrində, 16-cı hissəsinin birinci cümləsində,
25-1-ci maddəsinin 1-ci və 2-ci hissələrində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, avtonom tramvay, avtonom metro və avtonom dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.”.

8. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478 (Cild I); 2024, № 2, maddə 150; 2025, № 8, maddə 749) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1-ci bəndə “49.3-cü” sözlərindən sonra “, 60-1.2-ci, 60-1.4.3-cü” sözləri əlavə edilsin;

8.2. 2.14-cü bəndə “49.3-cü” sözlərindən sonra “, 60-1.2-ci” sözləri əlavə edilsin;

8.3. 2.15-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.16-cı bənd əlavə edilsin:

“2.16. həmin Məcəllənin 60-1.4.3-cü maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Dənizçilik” informasiya sistemi nəzərdə tutulur.”.

9. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798 (Cild I); 2024, № 8, maddə 950; 2025, № 6, maddə 552; 2026, № 2, maddə 123) ilə təsdiq edilmiş əlavə 2 – “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar” sütununa birinci halda “aparatları” sözündən sonra “, o cümlədən mülki təyinatlı avtonom pilotsuz uçuş aparatları” sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227, № 6, maddə 552, № 8, maddə 759; 2026, № 3, maddə 227; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 iyun tarixli 676 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda
3.0.16-6-cı yarımbənd əlavə edilsin:

“3.0.16-6. bilavasitə (avtonom tramvay, avtonom metro və avtonom dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə) və tabeliyindəki qurumlar (digər avtonom nəqliyyatı vasitələrinə münasibətdə) vasitəsilə avtonom nəqliyyat vasitələrinin istismarına, eləcə də avtonom nəqliyyat vasitələrinin operatorları tərəfindən həmin nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərində olan məlumatların qeydiyyatı və saxlanılması tələblərinə əməl olunmasına nəzarət etmək, habelə həmin operatorlara şəhadətnamələr vermək;”.

11. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1106 (Cild I); 2024, № 2, maddə 150; 2025, № 3, maddə 227) ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda
3.1.60-1-ci yarımbənd əlavə edilsin:

“3.1.60-1. avtonom gəminin istismarına, eləcə də avtonom gəminin operatorları tərəfindən həmin gəminin avtomatlaşdırılmış idarəetmə sistemlərində olan məlumatların qeydiyyatı və saxlanılması tələblərinə əməl olunmasına nəzarət etmək, habelə həmin operatorlara şəhadətnamələr vermək;”.

12. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948, № 11, maddə 1199; 2025, № 3, maddə 227, № 9, maddə 820, № 11, maddələr 1024, 1037; 2026, № 4, maddə 306) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.25-12-ci yarımbənd əlavə edilsin:

“3.1.25-12. avtonom avtomobil nəqliyyat vasitələrinin istismarına, eləcə də avtonom avtomobil nəqliyyat vasitələrinin operatorları tərəfindən həmin nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərində olan məlumatların qeydiyyatı və saxlanılması tələblərinə əməl olunmasına nəzarət etmək, habelə həmin operatorlara şəhadətnamələr vermək;”.

13. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158, № 6 (I kitab), maddə 654, № 7, maddələr 814, 815, № 8, maddələr 937, 948; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 iyul tarixli 711 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

13.1. aşağıdakı məzmunda 6.1.18-1-ci yarımbənd əlavə edilsin:

“6.1.18-1. Sistem vasitəsilə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların ilkin mənbədən real vaxt rejimində əldə edilməsi və emalı;”;

13.2. 7.4.16-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.4.17-ci yarımbənd əlavə edilsin:

“7.4.17. avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatlar.”.

14. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1466 (Cild I); 2024, № 8, maddə 937; 2025, № 11, maddə 1024, № 12 (I kitab), maddə 1154; 2026, № 3, maddə 224) ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin 5.2.11-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.2.12-ci yarımbənd əlavə edilsin:

“5.2.12. avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatlar.”.

15. “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 149; 2025, № 4 (I kitab), maddə 337; № 6, maddə 540; 2026, № 2, maddə 123) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1.1-ci bəndə “63.2-ci” sözlərindən sonra “maddələrində, 63-1.1-ci maddəsinin ikinci cümləsində, 63-1.2-ci maddəsində (hər iki halda), 63-1.5.4-cü,
63-1.5.5-ci, 63-2.1-ci, 63-2.2-ci” sözləri əlavə edilsin;

15.2. 1.3-cü bəndə “62.1-ci (birinci halda),” sözlərindən sonra “63-1.2-ci (birinci halda),” sözləri əlavə edilsin;

15.3. 1.11-2-ci bənddə “maddəsində (ikinci halda)” sözləri “(ikinci halda) və 63-1.2-ci (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;

15.4. 1.12-ci bənddə “və 61.2-ci maddələrində” sözləri “, 61.2-ci maddələrində, 63-1.1-ci maddəsinin ikinci cümləsində, 63-1.5.5-ci, 63-2.1-ci və 63-2.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

15.5. 1.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.13-1-ci bənd əlavə edilsin:

“1.13-1. həmin Qanunun 63-1.5.4-cü maddəsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi nəzərdə tutulur.”.

16. “Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 133, № 10, maddə 909) ilə təsdiq edilmiş “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.28-1-ci yarımbənd əlavə edilsin:

“3.1.28-1. avtonom pilotsuz uçuş aparatının istismarına, eləcə də avtonom pilotsuz uçuş aparatının operatorları tərəfindən həmin aparatın avtomatlaşdırılmış idarəetmə sistemlərində olan məlumatların qeydiyyatı və saxlanılması tələblərinə əməl olunmasına nəzarət etmək, habelə həmin operatorlara şəhadətnamələr vermək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2026-cı il

03-08-2026 16-08-16