Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901 (Cild I); 2025, № 1, maddə 10, № 5, maddə 431, № 12 (I kitab), maddə 1122; 2026, № 1, maddə 6) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 16.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“16.3. Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aşağıdakı xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur:
16.3.1. enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi;
16.3.2. bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.”.
2. Aşağıdakı məzmunda 16.3-1-ci maddə əlavə edilsin:
“16.3-1. Bu Qanunun 16.3.1-ci və 16.3.2-ci maddələrində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinin yuxarı həddi bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2026-cı il