2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“6.5. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi (əsas vəsaitlərin eyni dövlət qurumunun tabeliyindəki dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi halı istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, Dövlət Xidmətinin rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçirilir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəmələrinə əsas vəsaitlərin verilməsi Dövlət Proqramının 6.9-cu bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; 2025, № 2, maddə 119, № 3, maddə 225, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.33-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.0.33. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarına, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada balansdan balansa verilməsinə razılıq (rəy) vermək və silinməsinə dair rəy vermək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2026-cı il

05-08-2026 14-08-08