V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2026-cı il

10-08-2026 14-08-11