Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 7-də Qazaxıstan Respublikası Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafı qeyd olunub. Tərəflər ikitərəfli əmtəə dövriyyəsinin artım sürətini müsbət qiymətləndiriblər.
Görüşdə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.
Tərəflər, həmçinin ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək perspektivləri müzakirə ediblər.