Mədəniyyət naziri Naxçıvan Muxtar Respublikasına səfər edib

Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Naxçıvan Muxtar Respublikasına səfər edib. 

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və mədəniyyət naziri Adil Kərimli Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

24-09-2026 11-09-16