Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər.

Müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Oteldə müxtəlif kateqoriyalara aid  152 otel otağı  və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

“ART Riverfront Hotel Tbilisi” PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.


 

30-10-2026 21-10-27