Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikasının Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında 17 aprel 2023-cü il tarixli Qərarı qəbul edilmişdir. Fondun yaradılmasında məqsəd muxtar respublikada əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. Fondun idarə edilməsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Nazirlər Kabinetinin 20 aprel 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında”, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkretsahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nın təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də, “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nda “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonunun xidmətlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında”, eləcə də “Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında qərarlarında dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 25 aprel 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin nəzdində “Naxçıvan DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Qərar qəbul edilmişdir. “Naxçıvan DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd muxtar respublikada işaxataran və işsiz şəxslərin ictimai işlərə, həmçinin aktiv məşğulluq tədbirlərinə əlçatanlığını təmin etməkdən ibarətdir. “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin müvəqqəti Qaydası” təsdiq edildiyindən və həmin Qaydaya əsasən aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradıldığından Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 27 aprel 2023-cü ilə tarixli Sərəncamı ilə yaradılmış komissiya ləğv edilmişdir.

04-05-2023 17-05-09