Heydər Əliyev muzeyinə “muxtar respublika” statusu verilib

Ulu öndərin zəngin və çoxşaxəli irsinin  öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında  müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə  Heydər Əliyev muzeyinə “muxtar respublika” statusu verilib.

Qeyd edək ki, Heydər Əliyev muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının  aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcəkdir.

10-05-2023 16-05-02