Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May – Müstəqillik Günü münasibətilə İndoneziya Respublikası və Nikaraqua Respublikasının prezidentləri, Gürcüstanın, Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Qırğız Respublikasının, Ukraynanın, Belarus Respublikasının, Moldova Respublikasının, Rumıniyanın, Polşa Respublikasının, Slovakiya Respublikasının, Latviya Respublikasının, Çex Respublikasının, Serbiya Respublikasının, Bolqarıstan Respublikasının, Malayziyanın, Banqladeş Xalq Respublikasının və Myanma İttifaqı Respublikasının Baş nazirləri, həmçinin Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru tərəfindən təbrik məktubları ünvanlanıb.