Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirildi.
BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edildi. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər müzakirə olundu.
Görüşdə həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulandı.