Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.
Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.
Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.