İyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının ticarət və iqtisadi inkişaf naziri Zavqi Zavqizoda ilə görüşüb.
Görüşdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında ticari-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın aktual məsələləri nəzərdən keçirilib.
Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın altıncı iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.