Nazirlər Kabinetinin 2023-cü il 1 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 25 avqust tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla) mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi müəyyən edilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli Qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında”, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə”, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin təsdiq edilməsi haqqında” qərarları ləğv edilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 20 aprel tarixli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 13 oktyabr tarixli, İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 avqust tarixli qərarlarında dəyişiklik edilərək “kütləvi informasiya vasitələri” sözləri “media” sözləri ilə əvəz edilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 18 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə sığorta vəsaiti Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xəzinə hesabında toplanılır və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülür.
Həmçinin “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2023-cü il 20 sentyabr tarixində Sərəncam imzalanmışdır. Adıçəkilən Sərəncama görə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Nazirliyin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin balansında olan əmlakın müvafiq olaraq Agentliyin balansına verilməsi üçün aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılmasını və təhvil-təslim prosesinin qanunvericiliyə uyğun aparılmasını təmin edəcəkdir.
Nazirlər Kabinetinin 2023-cü il 25 sentyabr tarixli Qərarı ilə “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Sellülar (mobil) rabitə xidmətlərinə(texnoloji standartın adı göstərilməklə) lisenziya” blankının formasının adında “rabitə” sözü “telekommunikasiya” sözü ilə əvəz edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 26 sentyabr tarixli “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, ”Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssissə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında”, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifikatının və baytarlıq şəhadətnaməsinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” və digər bir sıra Qərar və Sərəncamlar ləğv edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilərək “kütləvi informasiya vasitələrinin” sözləri “media” sözü ilə əvəz edilmişdir.
“Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2023-cü il 26 sentyabr tarixində Sərəncam imzalanmışdır. Adıçəkilən Sərəncama görə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi-Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları(dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edəcək.