Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində oktyabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib.
Nazirlər Kabinetinin 2023-cü il 5 iyul tarixli Sərəncamında edilmiş dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına maliyyələşən Naxçıvan Muxtar Respublikası üzrə geoloji kəşfiyyat işinin Dövlət Sifarişinin siyahısına qara əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi tədbiri də daxil edilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 11 oktyabr tarixli Qərarı ilə “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında”kı qərarı barədə” Nazirlər Kabinetinin 1995-ci il 9 avqust tarixli Qərarının birinci və ikinci hissəsi ləğv edilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 12 oktyabr tarixli Qərarı ilə “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli Qərarında dəyişiklik edilmişdir.
Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionu Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilmişdir.
“Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondunun yaradılması və əsasnaməsinin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetində 2023-cü il 11 oktyabr tarixində Sərəncam imzalanmışdır. Adıçəkilən Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının müvafiq Qanununun tətbiqi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2023-cü il 5 oktyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Adıçəkilən Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər. Sərəncamda Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə məlumat verilməsi qeyd olunub.
Bundan başqa, “İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı”nın və “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” yeni redaksiyada təsdiq edilmişdir.