Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iyun ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsinə əsasən həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumundan toplanılan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Qərarı ləğv edilmişdir. Adıçəkilən Qərara əsasən avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumları Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına deyil, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə köçürüləcəkdir.

 Eləcə də Nazirlər Kabinetinin 2022-ci il 2 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq dövlət ekoloji ekspertizası rəyinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
 Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarına əsasən “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq mayalar (aktiv və ya qeyri-aktiv) digər ölü birhüceyrəli mikroorqanizmlər (3002 mal mövqeyindəki vaksinlərdən başqa) hazır çörəkçilik tozlarına, heyvanların yemlənməsi üçün istifadə edilən məhsullara, qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən məhsullara, fermentlər, başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən ferment preparatlarına, həmçinin tərəvəz bitkilərinin toxumalarından 15 və 5 faiz miqdarında tutulan rüsum artıq 2022-ci il dekabrın 31-dək tələb olunmayacaqdır.
 Eyni zamanda Nazirlər Kabinetinin 2022-ci il 2 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası” və “Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməməsi, 30 faizdən artıq pozulma hallarında 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61- 80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz ardıcıllığında 4 il müddətində müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi qeyd edilmiş müddətlərə daxil edilir. Müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
 Nazirlər Kabinetinin 2022-ci il 6 iyun tarixli Qərarı ilə bəzi qərarlarında dəyişiklik edilmişdir. Normativ-hüquqi aktlara uyğun olaraq “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarında, eləcə də “Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda dəyişiklik edilmişdir.
 Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 14 iyun tarixli Qərarı ilə “Koronavirusinfeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 avqust tarixli 145 nömrəli Qərarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə görə Naxçıvan MuxtarRespublikasıYoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digərsəhiyyə müəssisələrinin tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti iyul ayının 1-dək uzadılmışdır.
 Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarına əsasən “Naxçıvan Beynəlxalq Hava Limanında biznes sinif şəxslər (CİP) salonundan istifadə Qaydaları və avtomobil dayanacaq yerlərindən istifadəyə görə ödənişlərin məbləğinin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilərək Naxçıvan Beynəlxalq Hava Limanında elektrik mühərrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi mənbəyindən istifadəyə görə ödənişlərin məbləği müəyyən edilmişdir.
 Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

22-06-2022 17-06-33