Qərarda deyilir:
“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “
Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel
tarixli 105 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.“Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilsin.
2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324, № 10, maddə 929, № 12, maddə 1117; 2013, № 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578, № 12, maddə 2235; 2017, № 3, maddə 481, № 7, maddə 1504; 2019, № 4, maddə 755, № 5, maddə 948; 2020, № 5, maddə 654) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun 7-ci hissəsi ləğv edilsin.
3.“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.
4.Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.