Dekabrın 12-də Nazirlər Kabinetinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, dünyaşöhrətli siyasi xadimin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyinə baxış olub.
Əməkdaşlara məlumat veilərək bildirib ki, muzey 1999-cu il mayın 10-dan fəaliyyət göstərir. 420 eksponatla fəaliyyətə başlayan muzeydə. hazırda beş mindən çox eksponat var. Muzeyin ayrı-ayrı bölmələrində Ulu Öndər tərəfindən qəbul edilmiş qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitab, qəzet və jurnallar, həmçinin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən istifadə etdiyi əşyalar, o cümlədən Ümummilli Liderə göndərilmiş məktub və teleqramlar, xatirə əşyaları şərəfli yolun müxtəlif anlarını özündə yaşatmaqla görkəmli dövlət xadiminin zəngin dövlətçilik və ictimai-siyasi irsi barədə dolğun təsəvvür yaradır.
Qeyd olunub ki, muzeydə Ümummilli Liderin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur. Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.