Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün azərbaycanlıları təbrik edirik

2023-cü il sona yaxınlaşır. Tam əminliklə deməkolar ki, bu il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. 


Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli  birliyimizi, həmrəylik amalını, qətiyyət və bölünməzlik kimi ümumbəşəri dəyərləri özündə təcəssüm etdirir. Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün azərbaycanlıları təbrik edir, möhkəm cansağlığı, xoş ovqat, ailənizə sevinc və rifah arzulayrıq. İnanırıq ki, 2024-cü il qarşıya qoyulan hədəflərə doğru daha səmərəli və uğurlarla addımlayacağımız bir il olacaqdır.


Bayramınız mübarək olsun!

 

30-12-2023 10-12-46