10 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən Culfa rayonunda vətəndaşların qəbulu keçirilmişdir. Qəbulda Culfa rayonundan olan 21 nəfər sakinin şikayəti dinlənilmişdir.
Qəbul zamanı həlli mümkün olan müraciətlər yerindəcə həll edilmiş, bir çox tələblərlə əlaqədar qanunvericiliyin tələbləri izah edilmiş və həlli zaman tələb edən şikayətlərə baxılaraq tədbir görülməsi üçün isə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Məlumat üçün qeyd edək ki, vətəndaş qəbulunun digər rayonlarda da aparılması nəzərdə tutulmuşdur.