Ramazan bayramınız mübarək olsun

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, özmahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əzizayıdır.  Bu əziz günlərdə ölkəmizinhər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməzxatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətinixalqımızdan əsirgəməyəcəkdir. Hər birinizi Ramazan bayramı münasibətilə ürəkdəntəbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

09-04-2024 17-04-48