Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Ceyhun Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.
Həmin Qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilsin”.
 

26-04-2024 13-04-51