Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazdı.

08-05-2024 15-05-06