Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış etdilər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verildi, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirildi.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirildi.

09-05-2024 09-05-57